Rusiya Liberal-Demokratik partiyasının təsisçisi və üzvü Vladimir Jirinovskiy uşaqlara sevgi dərsi keçib Rusiya Liberal-Demokratik partiyasının təsisçisi və üzvü Vladimir Jirinovskiy uşaqlara sevgi dərsi keçib

Jirinovskiy uşaqlara sevgidən danışdı

Rusiya Liberal-Demokratik partiyasının təsisçisi və üzvü Vladimir Jirinovskiy uşaqlara sevgi dərsi keçib



Bu gün Rusiya məktəblərinin birində olanda Jirinovskiy şagirdlərlə olan səmimi çıxışı ilə yadda qalıb.

"Siz kiminsə xoşuna gəldiyinizi haradan bilirsiniz ? Necə hiss edirsiniz ki, siz qarşı tərəfin marağındasınız? Yox, əgər bilmirsinizsə, mən sizə deyim. "Baxışlar!" O hər şeyi müəyyən edir. Həmişə baxışlara diqqət yetirin"

Gənclik illərindən danışan 67 yaşlı siyasətçi məktəb illərində də özünün sevgi məsələlərində o qədər də aktiv olmadığından söz açıb. "Mən məktəb vaxtı 2 qızla maraqlanırdım. Xoşuma gəlirdilər. Ancaq başqa oğlanlar kimi onların arxasınca getmək, nələrsə etmək mənlik deyildi. Çünki mən hələ o vaxtlardan sosial problemlər və s bu kimi şeylərlə maraqlanmışam", -deyə Jirinovskiy bildirib.

Aynur Hüseynova
AzNews.az