Putin rəsmən boşanmayıb - VİDEO

Tərəflərin VVAQ-a müraciət etmədiyi bildirilir



Üç gün əvvəl boşandıqlarını elan edən Rusiya prezidenti Vladimir Putin və həyat yoldaşı Lyudmila Putinlərin rəsmi şəkildə boşanmayıblar. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putinlərin Moskva VVAQ şöbəsinə boşanma üçün müraciət etmədikləri məlum olub.

Qeyd edək ki, Vladimir və Lyudmila Putinlər 28 iyul 1983-cü ildə nigaha giriblər. Onların Mariya (1985) və Katerina (1986) adlarında iki qızları var. Cütlüyün rəsmi boşanmasını təsdiqləyən sənədin olmadığı bildirilir.

Xatırdaq ki, Rusiyan prezidenti V.Putin və qızlarının anası L.Putina Böyük Kreml Sarayında "Esmeralda" baletinə birlikdə tamaşa etdikdən sonra ayrıldıqlarını elan ediblər. Boşandıqları barədə Putin cütlüyü tamaşadan sonra "Rossiya 24" televiziya kanalının müxbirinə deyib. Vladimir və Lyudmila Putinlər izdivaclarının mədəni boşanma ilə sona yetdiyini və birlikdə ümumi qərara gəldiklərini bildiriblər.



AzNews.az