Sarkisyan Qarabağa gəldiyi üçün ona “Şərəf“ ordeni verdi

"Sizdən belə bir hədiyyə qəbul etmək çox xoş oldu"



Dünən Ermənistan prezidenti Serj Sarkisyan dünya şöhrətli müğənni Monserrat Kabalyeni qəbul edib.

"Belə bir çətin vəziyyətə məhz Qarabağa təşrif buyurduğunuz üçün sizə təşəkkür edirik və minnətdarıq ki, bizi unutmamısınız. Sizi "Şərəf" ordeni ilə təltif etməyimdən çox məmnunam və qurur duyuram",-deyə prezident çıxışında bildirib.

Hədiyyəni böyük mənuniyyətlə qəbul edən ispaniyalı opera müğənnisi Kabalye Ermənistana olan səfərinin qısa olduğundan şikayətlənib.

"Sizdən belə bir hədiyyə qəbul etmək çox xoş oldu. Ermənistan sülh və sevgi ölkəsidir. Mən çoxdan idi ki, belə sevgi dolu ölkəyə səfər etmirdim. Ancaq heyif ki, səfərim qısa oldu. Əminəm ki, sizləri yenidən görə biləcəm".

Qeyd edək ki, rəsmi Bakı Monserat Kabalyenin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı İspaniyaya etiraz notası verib.

Aynur Hüseynova
AzNews.az