Udomlyadakı «Rus qəzəbi günü» keçirdilər Udomlyadakı «Rus qəzəbi günü» keçirdilər

Rusiyada millətçilərin yığıncağı həbslə bitdi

Udomlyadakı «Rus qəzəbi günü» keçirdilər



Udomlya şəhərində 3 millətçi ictimai asayişi pozduğuna görə həbs edilib. Bu barədə RİA Novosti-yə DİN-in regional şöbəsinin mətbuat katibi Natalya Konenko məlumat verib.

"İctimai asayişi 3 nəfər pozub. Hazırda Udomlya polis şöbəsindədirlər. İnctimai asayişi pozduqlarına görə saxlanılıblar", - Konenko deyib.

Məlumat üçün deyək ki, şənbə günü, iyunun 8-də millətçilər "xalq yığıncağı" təşkil ediblər. Səbəb isə iyunun 1-də şəhərdə baş vermiş insident olub. Həmin gün, yerli idarəetmə orqanlarının məlumatına görə, şəhər əhalisi ilə cənub respublikaların nümayəndələri arasında atışma və münaqişə olub.

Nəticədə polis bir neçə cinayət işi açıb. Çünki hər iki tərəfdən xəsarət alanlar olub. Bundan sonra sosial şəbəkələrdə "Rus qəzəbi günü" adlı yığıncağın keçiriləcəyi elan edilib.

Polis bildirib ki, aksiya zamanı kütləvi asayişpozma halları olmayıb.

AzNews.az