Rəsmi Ankara Roma Papasına etirazını bildirdi

Rəsmi Ankara Roma Papasından dünya sülhünə dəstək gözlədiyini bildirib



Yeni Roma Papası Françisin 1915-ci il qondarma erməni "soyqırımı" iddialarını əks etdirən fikirlərinə rəsmi Ankara kəskin reaksiya bildirib.

Məsələyə münasibət bildirən Türkiyə Xarici İşlər nazirliyi belə bir mövqe sahibindən dünya sülhünə dəstək gözləndiyi vurğulanıb: "Papalıq vəzifəsindən, sahib olduğu ruhani mövqenin məsuliyyəti altında tarixi hadisələrdən ədavət çıxarmaq əvəzinə dünya sülhünə dəstək verməsini gözləyirik".

Bundan başqa Türkiyə XİN-in açıqlamasında Osmanlı imeratorluğunun son illərinin bütün ölkə sakinləri üçün faciəvi dövr olduğu, ermənilər kimi türklər və digər millətlərin də böyük acılar yaşadığı xatırladılıb.

Qeyd edək ki, Vatikanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə dəvət edilib və ölkə rəsmilərinin bu məsələ səbəbindən hiss etdiyi narahatlıq diplomata çatdırılıb. Səfirdən, bərpası mümkün olmayan, münasibtlərə zərər verəcək addımlardan imtiuna etməsi tələb olunub. (anspress)