Gezi Parkı aksiyaları: 6 polis intihar etdi

Həmkarlar ittifaqının sədri polislərin ağır şəraitdə işlədiyini bildirib



Taksim meydanı Gəzinti parkıda baş verən məlum hadisələrdə ümumilikdə 6 polis intihar edib. Onlardan 2-si xidməti vəzifəsini yerinə yetirərkən özünə qəsd edib.

Anspress Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu "Polis İşcilərinin Həmkarlar itifaqı"nın rəhbəri Faruk Sezer "Xəbər A" kanalına açıqlama verərkən deyib. F. Sezer Gəzinti parkında aksiya iştirakçılarına qarşı davranışlarına görə, tənqid olunan polislərin iş şəraitlərinə diqqəti cəlb edib:

"Polislər son 6 gün ərzində səkidə, karton, eyni zamanda istifadə etdikləri qalxanlar üzərində yatıblar. Belə bir şəraitdə polisləri tənqid etmək düzgün deyil. Onlar üzərlərinə düşən vəzifəni icra ediblər", - deyə o bildirib.

AzNews.az