"Taksim Gezi parkında baş verənlərə qoşulanların 95 faizi heç Gezi parkını tanımır, həyatlarında bir dəfə də Gezi parkına getməyib". "Taksim Gezi parkında baş verənlərə qoşulanların 95 faizi heç Gezi parkını tanımır, həyatlarında bir dəfə də Gezi parkına getməyib".

“Onlar həyatlarında Gezi Parkına getməyiblər“

"Taksim Gezi parkında baş verənlərə qoşulanların 95 faizi heç Gezi parkını tanımır, həyatlarında bir dəfə də Gezi parkına getməyib".



Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Adana şəhərinə səfəri zamanı 10 minə yaxın tərəfdarının qarşısında çıxışı zamanı deyib. Baş nazir gəncləri vandallıqdan istifadə edənlərə uymamağa, özünüifadə azadlığından demokratik şəkildə istifadə etməyə çağırıb.

"İnancınıza güvənirsinizsə, inanclılardan qorxmayın. Fikrinizə güvənirsinizsə, fikir azadlığından qorxmayın. Söyləməli bir sözünüz varsa, bu ölkənin təbiəti sevən bir baş naziri var. Gəlin onunla danışın. Amma bu hadisələrin təbiəti sevməklə heç bir əlaqəsi yoxdur. Bu ölkədə 10 il ərzində 2 milyard 800 milyon ağac əkən iqtidara heç kim təbiəti qorumaq dərsi keçə bilməz. İnanın, onların 95 faizdən çoxu bu olaylar başlayanadək "Gezi parkı haradadır?" deyə soruşsanız, bilməzdilər. Bunlar həyatlarında hələ Gezi parkına getməyiblər", - deyə Ərdoğan vurğulayıb (anspress).

AzNews.az