Ərdoğanı söyən aksiyaçıya pul verdi

Müxalifətçi millət vəkilindən şok addım



Türkiyənin İzmir şəhərində baş nazir Rəcəb Tayyib Ərdoğanı söyən aksiyaçıya müxalifətçi millət vəkili pul verib. Yerli mətbuatın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Ələddin Yüksel İzmirin Alsancaq məhəlləsində keçirilən aksiyada etirazçıları ziyarət edib. Millət vəkilini görən aksiyaçılar kütləvi şəkildə baş naziri söyən şüar səsləndiriblər. Aksiyaçıların bu şüarına alqışla cavab verən millət vəkili qarşısına uzadılan qaba da pul atıb. Məlumata görə, millət vəkilini müşayiət edən şəxs də etirazçıların qabına pul atıb.

Qeyd edək ki, aksiyaçılar bu sözləri qışqırıblar: "Param yok, pulum yok, sən Tayyibə ..., ziyan yok".

AzNews.az