- Köhnə - Region
- 10 İyun 2013 10:40
- 3 590
Prezidentliyə namizəd seçkiqabağı yarışdan çıxarıla bilər
Prezidentliyə namizəd Həsən Ruhani seçkiqabağı yarışdan çıxarıla bilər
İranda prezidentliyə namizədlərdən biri seçkiqabağı yarışdan çıxarıla bilər. Bu barədə "Mehr" agentliyi məlumat verir.
Anonim mənbə bildirib ki, Həsən Ruhani digər namizədlərlə teledebatlar zamanı İranın nüvə proqramı barədə məxfi məlumatı açıqladığına görə diskvalifikasiya edilə bilər.
Mənbənin məlumatına görə, Qəyyumluq Şurası bu gün mövcud məsələni araşdıracaq və Ruhaninin seçki yarışında iştirakını davam etdirib-etdirməyəcəyi barədə qərar qəbul edəcək.
"Fars" agentliyi öz anonim mənbəsinə istinadən məlumat yayıb ki, Həsən Ruhaninin diskvalifikasiya edilə biləcəyənin digər səbəbləri də var. Bunlar arasında İran müxalifətinin liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubinin dəstəklənməsi də var.
AzNews.az