“Gezi parkı erməni qəbiristanlığı olub“ - Şok iddia

Ermənilərdən Türkiyəyə qarşı növbəti sərsəmləmə



"1919-cu ildə Taksim meydanında erməni soyqırımı qurbanlarının xatirəsinə abidə olub".
Bu fikri Türkiyədə "Rasizmə və millətçiliyə yox deyək" hərəkatını rəhbəri Çengiz Alqan səsləndirib. O, Taksim meydanında abidənin əvvəlki yerində bərpa ediləcəyini bildirərək bunu "keçmişi unutmamağa yönəlik addım" adlandırıb.

Alqanın iddialarına görə, abidə qondarma soyqırımdan 4 il sonra qoyulub və 1940-cı ildə də bərpa edilib.

"Demokrathaber"in məlumatına görə, Alqan Taksim meydanı ilə bağlı başqa fikirlər də səsləndirib. Belə ki, o, Gezi parkının tarixinin 16-cı əsrdə Qanuni Sultan Süleymanın aşpazı Manuk Karasefiryanla əlaqələndirib.

Guya erməni olan aşpaz sultanı sui-qəsddən qurtarıb. Bundan sonra sultan erməni icmasına indiki Gezi parkı olan ərazini verərək ondan qəbiristanlıq kimi istifadə etmələrinə icazə verib. 1872-ci ildə ərazinin hərbi anbar üçün istifadə edilməzi qərara alınsa da, sultan Ədbül Əziz buna icazə verməyib. Ermənilərin iddialarına görə, 1940-cı ildə Atatürk tərəfdarları ərazini ermənilərdən geri alıblar.

Elnarə
AzNews.az