18 nəfər saatlarla Bakı aeroportunda gözləməli olub 18 nəfər saatlarla Bakı aeroportunda gözləməli olub

Abbas Abbasovun Azərbaycana göndərdiyi adamların baqajı itib

18 nəfər saatlarla Bakı aeroportunda gözləməli olub




Rusiyadan Azərbaycana "Dostluq" düşərgəsi layihəsi çərçivəsində istirahətə göndərilən, uşaq evində tərbiyə alan 26 uşaqdan 18 - nin baqajı itib.

AzNews.az AzərRos-un saytına istinadən xəbər verir ki, Nijeqoroddan olan uşaqlar Bakıya iyunun 9-da gəliblər. Şeremetovo hava limanından "Аэрофлот – Российские авиалинии" ilə uçan uşaqlarla yanaşı Bakıya "АzərRos"un nümayəndəsi Mehriban Sadıqova və Rəfael Babayev də gəlib. Ancaq Bakı aeroportunda məlum olub ki, uşaqlardan 18 nəfərinin baqajı Bakıya gəlməyib.

Aviaşirkətin nümayəndələri bunu Şeremetovo aeroportunda yaranan problemlə əlaqələndiriblər. Belə ki, bu problem səbəbindən ümumilikdə 60 nəfərin yükü doğru göndərilməyib.

Bakıda aeroportda saatlarla gözləməyə məcbur qalan uşaqlar daha sonra 5 ulduzlu "Happy Inn Hotel"ə yerləşdiriliblər.

Uşaqların yükü ancaq iyunun 10-da Bakıya çatdırılıb. Rusiyalı uşaqlar Bakıda olduqları müddətdə Rusiyanın ölkəmizdəki səfirliyində olub, Milli Məclisin deputatı Mixail Zabelinlə görüşüblər. Daha sonra uşaqlar Nabrana istirahətə yola düşüblər.

Qeyd edək ki, "Dostluq" düşərgəsi layihəsi Abbas Abbasovun rəhbəri olduğu Rusiya-Azərbaycan Təşkilatları İttifaqı (Milyarderlər İttifaqı), Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyatı (AzərRos) və Azərbaycandakı rus icmasının birgə layihəsidir.

Elnarə Əlosmanqızı
AzNews.az