“Mitinqlər Ərdoğanı qorxudub“ - İDDİA

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Ərdoğanı, onu sevənləri və hökumət ordusunu kəskin tənqid edib. Onun sözlərinə görə, Ərdoğan hazırda Türkiyəni iki qütbə ayırır.

"Biz sənə gənclərimizi alçaltmağa imkan verməyəcəyik. Sən indi cəmiyyəti iki qütbə ayırmısan. Atatürk ordusu və Ərdoğan ordusuna. Belə bir qütb yaratmaq düzgün deyil.",-deyə o çıxışında bildirib.

Bağçalının sözlərinə görə, Ərdoğan gəncləri qorxutmaqla hakimiyyəti özündə saxlamaq istəyir. "Ərdoğan gənclərin mitinqindən, etirazından qorxub. Bu aşkar görünür. "Gələcəm" "Asacam" "Öldürəcəm", prinsipiylə hakimiyyətdədir. Hə nə olsun?! Türk gəncləri bizim gələcəyimizdir. Onları alçaltmağa və hədələməyə sənə imkan vermərik".

Çıxışının sonunda Bağçalı Türkiyə gənclərinə də səslənib. "Gəlin, elə edək ki, Ərdoğan tarixə çevrilsin. Daha dəqiq desəm, onun hakimiyyətini bitirmək lazımdır. Gələcək seçkilərdə ona səs verməməklə buna nail ola bilərik".

Aynur Hüseynova
AzNews.az