Gezi parkına dəstək verən vəkillər saxlanıldı

İstanbul Ədliyyəsinə toplaşan vəkillər polis tərəfindən saxlanılıb



Türkiyədə İstanbul ədliyyəsinə toplaşan 30 nəfər vəkil Gezi parkı hadisələrinə etirazlarını bildirmək istəyib. Ppolislər vəkilləri ədliyyədən çıxartmağa çalışıblar.

Polisin müdaxiləsi zamanı bəzi vəkillər yerə yıxılıb. Vəkillərdən ikisi polis tərəfindən saxlanılıb. Vəkillərin saxlanılması ədliyyənin qarşısına toplaşanların sayının daha da artmasına səbəb olub.

İnsanlar Gezi parkı hadisələrinə və vəkillərin saxlanılmasına etirazlarını bildiriblər. Hadisələr nəticəsində daha 30 nəfər vəkil saxlanılıb.

AzNews.az