Baş nazir Polad Ələmdarla görüşəcək

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Gezi parkı ilə bağlı 20 nəfərlik heyəti qəbul edəcək.

Baş nazirlə heyətin görüşlərinin ardınca isə Polad Ələmdar rolu ilə Azərbaycanda da yaxşı tanınan Necati Şaşmaz, həmçinin Hasan Kaçan və Gökhan Özoğuz da baş nazirin qəbulunda olacaq.

Ərdoğanın sənətçilərlə görüşünün də məhz Gezi parkı olayları ilə əlaqədar olduğu bildirilir. Ərdoğanın görüşəcəyi sənətkarlardan biri də Hülya Avşardır.

Ancaq baş nazirini Gezi parki olayları ilə əlaqədar nümayəndə heyəti və sənətkarları ayrılıqda qəbul etməsinin səbəbi açıqlanmır.

Elnarə
AzNews.az