Təbrizdə azərbaycanlı tələbəyə 40 şallaq vuruldu

Təbriz inqilab məhkəməsinin güneyli milli fəal, Azad Universitetinin Sosiologiya fakültəsinin tələbəsi Əmir Çəməni barəsində çıxardığı şallaq qərarı icra olunub.




Güneyli fəala 40 şallaq vurulub.

Azərbaycanlı tələbə haqqında çıxarılan məhkəmə hökmünə əsasən o, İran prezidentini təhqir etməkdə günahlandırılıb.

Bundan başqa onun barəsində çıxarılan 9 aylıq həbs qərarı qüvvədə saxlanılıb.

Elnarə
AzNews.az