Azərbaycanlı iş adamının hədiyyəsi də pul gətirir

Azərbaycanlı iş adamı Rza Zərrabın müğənni həyat yoldaşı Ebru Gündəşə hədiyyə etdiyi at yarışda qalib gələrək sahibinə 110 min lirə qazandırıb.

AzNews.az haber34-ə istinadən bildirir ki, Ebrunun ingilis cinsli "Dutyfree" adlı atı "Vehbi Koç" cıdırında finişə birinci çatıb.

Bu həmin atın qazandığı artıq ikinci qələbədir. Ötən il də eyni hipodromda keçirilən yarışda birinci olan atın budəfəki qələbəsini müğənni özü izləməyib.

Mərhum iş adamı Vəhbi Koçun oğlu Rahmi Koç və qızı Səmahat Arselin iştirak etdiyi cıdırda kuboku Gündeşin adından Türkiyə Jokey Klubunun təmsilçisi İlyas İlbey alıb.

Elnarə
AzNews.az