“Biz İstanbul xalqına referendum təqdim edə bilərik” “Biz İstanbul xalqına referendum təqdim edə bilərik”

Etirazçılar Ərdoğanı dalana dirədi – AKP-də 5 saatlıq görüş

“Biz İstanbul xalqına referendum təqdim edə bilərik”




Baş nazir Rəcəb Tayyib Ərdoğan Gezi Parkı nümayəndələrini AK Partiya Ümumi Mərkəzində qəbul edib.

4 saat 45 dəqiqə davam edən bu görüşdə Türkiyədəki son hadisələr ətraflı şəkildə müzakirə edilib. AKP- nin sədr müavini və partiya sözçüsü Hüseyn Çelik bu görüşmə ilə bağlı mətbuata açıqlama verib.

"Bu görüş dostca və mehriban bir görüş oldu. Taksim Layihəsi hazırlanan animasiyalar vasitəsilə istanbullulara izah edildi. Onlar bu layihənin mahiyyətini bildikdən sonra AK Partiyaya inandılar və öz səslərini bizim leyhimizə istifadə etdilər. Sözü gedən qarşıdurmalarda dinc əhaliyə zor tətbiq edən, insanlara qarşı kobud davranan polislər aşkar edilərsə, onlar mütləq cəzalandırılacaq. Bu görüş vasitəsilə səsini eşitdirib, fikirlərini ifadə etmək istəyən hər kəsin fikirləri sona qədər dinlənildi, bunun ətrafında müzakirələr aparıldı. Baxın, demokratiya belə bir şeydir. Bir baş nazir öz nazirləri ilə birgə 5 saata yaxın insanları dinlədi. Hadisə ilə bağlı məqbul və qanuni tələbləri olanlar bizə öz istəklərini bildirdilər. Bizim qapımız onlara hər zaman açıqdır. Əsas odur ki, qarşıdurmalar olmasın, nahaq yerə qanlar tökülməsin. Biz İstanbul xalqına referendum təqdim edə bilərik. Xalqın iradəsi, azadlığı xaricində hər hansı bir iradədən söhbət gedə bilməz"

AKP-nin sədr müavini Gezi parkı ilə bağlı bunları da əlavə edib:
"Gezi Parkındakı aksiyaların qiyamətə qədər davam etdirilməsi hökumət tərəfindən qəbul edilməyəcək. Hətta, belə bir görüşün keçirilməsindən sonra gənclərin Gezi Parkını boşaldacağını düşünürəm. Türkiyədə diktatura olmadığı üçün bu cür aksiyalar olur. Əgər Türkiyədə diktatura olsaydı, bu aksiyalar ola bilməzdi. Baş tutsaydı belə, nəticə çox fərqli olardı. Təbii ki, bu günə qədər polisin bəzi müdaxilələri oldu. Bu müdaxilələr nəticəsində xəsarət almış vətəndaşlarımız da var. Amma bu gün Londonda "G8"lərin toplantısı öncəsi polislə insanlar arasındakı qarşıdurmalar zamanı yaranmış vəziyyətə də diqqət yetirin".

Qeyd edək ki, iclasda baş verənlərdən ətraflı şəkildə xəbərdar olmaq üçün aşağıdakı videonu izləyə bilərsiniz.

Xəyalə
AzNews.az