“Biz referendum yox, hüquq istəyirik“ - VİDEO

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Gezi parkı ilə bağlı referendumun keçirilməsi təklifinə aksiya iştirakçılarından reaksiya gəlib.

Musavat.com-un verdiyi məlumata görə, aksiya iştirakçıları hökumətin təklifi ilə razılaşmırlar: "Nə referendum? Biz hüquq istəyirik. Hüququn arxasında dursunlar, başqa heç nə istəmirik. Məhkəmə bitsin. Biz məhkəmənin nəticəsini görmək istəyirik".

İstanbuldan olan müstəqil millət vəkili Levent Tüzel isə hesab edir ki, hökumət məsələni dalana dirəməyə çalışır: "Günlərdir insanlar müqavimət göstərir. Türkiyə ayaqdadır. Bunu bir referendum mövzusu etməyin mənası yoxdur. Gezi parkına gələn insanlar qərarını veriblər. Hökumətin vəzifəsin bu iradəyə sayğı göstərmək, xalqın tələbinə əməl etməkdir".

















Bu video Adobe Flash Player`ın son sürümünü gerektirmektedir.


Adobe Flash Player`ın son sürümünü indirin.







AzNews.az