- Köhnə - Region
- 16 İyun 2013 19:10
- 2 776
“Qılınc gücünə də olsa Gezi parkını boşaldacağıq“
Bunu Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbulda keçirilən mitinqində çıxışı zamanı deyib.
Ərdoğan bildirib: "Biz söyləyəcəyimizi demokratik yollarla söyləyərik".
Baş nazir çıxışında xarici KİV-ləri tənqid edib: "Fəaliyyətini yalan üzərində quran xarici KİV-lər Türkiyə xalqını fərqli göstərməyə çalışır. Bu millət sizin dünyaya təqdim etdiyiniz millət deyil. Türkiyədə nələr olduğunu görmək istəyən bu mitinqə baxsın".
Ərdoğan artıq səbrinin daşdığını qeyd edib: "Mən etirazçıların nümayəndələrinə xəbərdarlıq etdim ki, Gezi parkını boşaldın. Əks təqdirdə, terror təşkilatlarına rəğmən, qılınc gücünə də olsa bu parkı boşaldacağıq".
AzNews.az