“Türkiyə Rusiya qazının əsas idxalçısı ola bilər“

Yaxın vaxtlarda Türkiyə Almaniyanı keçərək "Qazprom"un yanacağının ən iri idxalçısı ola bilər. "Qazprom"un rəhbəri Aleksey Miller belə bir bəyanatla çıxış edib.

"Biz yaxın vaxtlarda Türkiyə ilə müqavilələrdə maksimal həcmə - 30 milyard kubmetrə qalxa bilərik, bu isə 20% artımdır. Türkiyə yaxın vaxtlarda Almaniyanı ötüb bizim ən iri idxalçımız ola bilər", deyə o bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə şirkətin Avropa və Türkiyəyə satışlarının ümumi həcmi 160 milyard kubmetri keçə bilər.//apa//

AzNews.az