İranda daha iki nəfər edam edildi

İranda 2 nəfər edam edilib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, məhbuslar təcavüzdə günahlandırılaraq dara çəkiliblər.

Ad və soyadları açıqlanmayan gənclər barəsində Kərəc İnqilab Məhkəməsi ölüm hökmü çıxarıb. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra iyunun 30-da səhər saatlarında Kərəc şəhərindəki Gülzar dördyolunda əhalinin gözü qarşısında icra edilib.

Qeyd edək ki, İran Çindən sonra edamların sayına görə dünyada ikinci yerdədir.

AzNews.az