Hadisə Bakıda gördüklərinə heyran qaldı

Türkiyənin məşhur müğənnisi Hadisə Bakıda verdiyi konsertdən olduqca razı qayıdıb.

Türkiyə mətbuatının məlumatına görə, müğənni qaldığı oteldə onun üçün özəl qarşılanma mərasimi hazırlandığını bildirib.

Heyranlığını gizlətməyən hadisə bunu olduqca "romantik" adlandırıb: "Yerdə şamlarla "Hadisə" yazmışdılar. Bundan başqa hər yer güllərlə bəzənmişdi. Mən bu günə qədər belə şey yaşamamışdım. Sevgilim olsa ondan da çox şey gözləyəcəyəm, amma yoxdur".

Elnarə
AzNews.az