- Köhnə - Region
- 3 İyul 2013 08:07
- 2 046
Kürdlər Türkiyədə erməni xəzinələrini axtarır
Mətbuatın yazdığına görə, Muşun mərkəzindəki qəzalı tikililəri sökülməsini nəzərdə tutan "Qala" planı hələ dövlət tərəfindən tam hazırlanmasa da, kürdlər artıq köhnə erməni evlərini dağıtmağa başlayıblar. 1915-ci ildə həmin ərazilərdə ermənilərin külli miqdarda qızıl gizlətdiyini güman edən kürdlər xəzinələri tapacaqlarına ümid edirlər.
Türkiyənin "Ermenihaber" portalının məlumatına görə isə, ərazidəki 2000 evdən 300-ü qəza vəziyyətindədir. Ona görə də "Qala" planına əsasən həmin evlərin sökülməsi nəzərdə tutulur. Ancaq həmin evlərin sahibləri olan kürdlər hökumətin söküntü planının icrasına başlanmazdan əvvəl evləri dağıdaraq qızıl axtarırlar. Buna səbəb isə həmin ərazidə guya 1915-ci ilə qədər ermənilərin yaşamasıdır.
Muş şəhərinin meri Nəcməddin Dədənin sözlərinə görə, şəhərdə hami erməni qızılı barədə danışır.
Elnarə
AzNews.az