- Köhnə - Region
- 4 İyul 2013 15:56
- 3 005
Ermənistan parlamentində gözlənilməz bəyanat
Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.
Moldovanın parlament vəkili (ombudsman) bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib".
Zalda əyləşən forumun bir sıra iştirakçıları moldovalı vəkili alqışlayıblar.
Qeyd edək ki, moldovalı vəkil Ermənistan parlamentində keçirilən Ümumavropa konfransında "Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması" adlı məruzə ilə çıxış edib.
AzNews.az