Həccə gedənlərə böyük şok


Səudiyyə Ərəbistanı rəsmiləri müqəddəs Qurban bayramı öncəsi Həcc ziyarətinə getmək istəyən müsəlmaların narahatlığına səbəb olacaq qərar qəbul edib. Belə ki, Kəbədə aparılan tikinti işləri ilə əlaqədar ölkələrdən gedəcək zəvvarların sayının 20 faiz azaldılması tələb edilir.
Türkyə mətbuatının xəbərinə görə, təkcə bu ölkədən kiçik Həcc ziyartinə (ümrə) getmək istəyən 16 min zəvvara viza verilməyib.

Ümrə ziyarəti üçün viza alanların sayı cəmi 2 min nəfər olub. Bundan başqa Türkiyədən Həcc ziyarətinə gedəcək 74 min zəvvar arasında da yenidən püşk atılacaq. Zəvvarlardan daha 14 min nəfəri ziyarət üçün növbəti ili gözləməli olacaq.

Elnarə
AzNews.az