Gürcü “qanuni oğru” Moskvada həbs olundu

Moskvada Gürcüstandan olan "qanuni oğru" Valeri Farizov saxlanıb. Kriminal aləmdə Valeri Tbilisski kimi tanınan şəxs Moskva polisinin qanunsuz miqrantlar da daxil olmaqla cinayətkarlığa qarşı iyulun 1-dən başlatdığı "Zaslon -1" əməliyyat zamanı saxlanıb.

Bundan əvvəl narkotiklərin qanunsuz dövriyyəsi ilə həbs olunan Valeri Tbilisski Moskvada etnik kriminal qruplar yaratmaqda, soyğunçuluqda ittiham edilir.

Farizov 2004-cü ildə Rusiya pasportu alıb. Hazırda onun Gürcüstana deportasiyası ilə bağlı sənədləri hazırlanır.

Elnarə
AzNews.az