“Azərbaycanlılar zorla polisə aparılıb” - Açıqlama

"Dünən OMON azərbaycanlıların ticarətlə məşğul olduğu Moskvareçskiy" bazarına basqın edib"

Modern.az bildirir ki, bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresi məlumat yayıb. Rəsmi məlumatda deyilir ki, OMON bazara orda çalışanların sənədlərini yoxlamaq məqsədi ilə daxil olub. Sənədi olmayanlar və etiraz bildirənlər zorla avtobuslara oturdulub və polis məntəqələrinə aparılıb.

"Bazarda ticarət piştaxtalarının dağıdılmayıb. Azərbaycanlı satıcılar bildiriblər ki, belə yoxlamalara artıq vərdiş ediblər. Bu cür yoxlamalar mütəmadi olaraq aparılır"-deyə ÜAK-ın məlumatında vurğulanır.

AzNews.az