- Köhnə - Region
- 6 İyul 2013 13:20
- 2 268
“Mursi Türkiyədən sığınacaq istəməyib“
Baş nazir Mursiyə 3 ölkədən sığınacaq ala biləcəyi təklif edildiyi haqqında iddiaları cavab verib. "Türkiyəyə sığınacaq tələbi olmayıb. Bu ana qədər belə bir təklif söhbət mövzusu deyil".
Ərdoğan Misirdə baş verənlərə də münasibət bildirib. "İki il öncəsinə qədər Misirdə tək partiyalı bir rejim, dikatatorluq var idi. 30 ildən çox bir müddətdə Misir belə vəziyyətdə yaşayıb. Amma 1 il öncə səslərin 52 faizi ilə prezident seçilib. İndi bəzi qruplar "bəyənmədik" deyir və ordu hərəkətə keçir.
Hər siyasətçinin, siyası liderin xətaları ola bilər. Mənim də ola bilər. Bunun cəzasını vermək və siyasətdən məhrum etmək bzi heqomon güclərin vəzifəsi deyil. Bu xalqın iradəsi ilə olar. Əgər dərsini alıbsa yenidən xalqın qarşısına çıxar və ya bir kənara çəkilər.Biz bu vəziyyətə müsbət yanaşmırıq və yanaşmayacağıq". //anspress//
AzNews.az