Rusiyada azərbaycanlılardan ibarət cinayətkar dəstə zərərsizləşdirildi

Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının Moskva, Sankt-Peterburq və Nijnı Novqoroddan olan həmkarları ilə keçirdikləri birgə əməliyyat nəticəsində azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstəni zərərsizləşdirib. Dəstə üzvləri zərgərlik mağazalarında soyğunçuluq törətməkdə şübhəli bilinir.

Rusiya DİN-in saytında yer alan məlumata görə, dəstə Mərkəz, Şimal-Qərb və Privoljsk federal dairələrinin ərazisində fəaliyyət göstərib. Mağazalara hücumlar zamanı onlar odlu silahdan istifadə ediblər.
Sankt-Peterburqda dəstə 10-dan çox mağazaya basqın ediblər.
Dəstənin üzvü olan azərbaycanlıların 25-29 yaşlı gənclər olduğu bildirilir. Onlar dəstəyə 26 yaşlı Sankt-Peterburqdan olan qadını da cəlb ediblər.

Dəstə üzvlərindən "Makarov" tapançası və 1,5 kiloqram zərgərlik məmulatları aşkarlanaraq götürülüb.

Elnarə
AzNews.az