- Köhnə - Region
- 28 İyul 2013 12:10
- 1 468
Ermənistanda Türk tarixi - arxeoloji tapıntı

Bu barədə məlumatı Ermənistanın Tarixi Abidələri Mühafizə İdarəsinin nümayəndəsi Larisa Eqanyan verib. Ancaq erməni tarixçiləri bunu həmin ərazilərin qədim türk torpaqları olması ilə yox, qurd kultunun hind-Avropa qəbilələlərinin həyatında mühüm yet tutması və bu ərazidə onların qədimdən məskunlaşması ilə izah ediblər. Arxeoloqların sözlərinə görə, qazıntılar zamanı heyvan sümükləri aşkar edilib. "Hind-Avropa qəbilələrini qurd kultuna olan bağlılığını nəzərə alsaq həmin qəbilələrin qədim zamanlardan burda olduğunu söyləmək olar".
Qeyd edək ki, sümüklərin tapıldığı Meç Sepasar dağı eyniadlı kəndin yaxınlığında yerləşir. Ərazi hələ ötən əsrin 90-cı illərindən arxeoloqların diqqətini cəlb edib. Tədqiqatlar yerli sakinlərin "Müqəddəs dağ" adlandırdıqları dağlardan başlayıb.
Elnarə
AzNews.az