Putin 10-dan çox generalı işdən çıxartdı

Rusiya prezidenti Vladimir Putin avqustun 2-də ədliyyə, polis sistemində, Daxili Qoşunlarda çalışan 10-dan çox generalı işdən çıxarıb.

"Media forum" saytı xəbər verir ki, işdən çıxarılanlar arasında Daxili Qoşunların Operativ Təyinatlı Xüsusi Diviziyasının komandiri İqor Poddubnı, Ural regional qoşunları komandanının birinci mavini Aleksandr Popov, Stavropol Baş İstintaq İdarəsinin rəisi Yuri Suponev, Kalmık Respublikasının polis rəisi polkovnik Baatr Qindeyev və Rusiya İstintaq İdarəsi rəhbəri yanında mühüm işlər üzrə baş müstəntiq Şükür Əhmədov də var.