- Köhnə - Region
- 3 Avqust 2013 09:41
- 3 018
Borcunu qaytara bilməyən azərbaycanlı saxlanıldı - Rusiyada

Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Çerepovetsdə Rusiya pasportu almaq istərkən saxlanılıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, saxlanılan kişi faizi ilə 9 milyon rubl borc alıb. Amma o 11 milyon rubl olan borcu qaytara bilməyib. Məhkəmə pulun sahibinin xeyrinə qərar çıxarsa, azərbaycanlının şəhəri tərk etdiyi bəlli olub. Araşdırmadan sonra əvvəlcə onun Azərbaycana qayıtdığı, sonra isə borclu vətəndaşın Rusiyaya geri döndüyü və Moskvada yaşadığı məlum olub.
Moskva polisi onun yaşadığı yeri və Çerepovetsdə pasport almağa hazırladığını müəyyən edib. Nəticədə pasport almağa gələn azərbaycanlı məhkəmə qərarı, açılan cinayət işi üzrə iki ilə qədər azadlıqdan məhrum etmə cəzası gözlədiyi ilə tanış edilib.
AzNews.az