Məşhur aktyor sərbəst buraxıldı

Narkotikdən istifadəyə görə avqustun 5-də saxlanılan türkiyəli ulduzlardan bəziləri bu gün sərbəst buraxılıb.

"Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kənan İmirzalıoğlu, Nehir Erdoğan, Engin Altan Düzyatan, Ersin Korkut, Özge Özpirinçci də daxil olmaqla 21 nəfər sərbəst buraxılıb.

Xatırladaq ki, İstanbul Narkotik Polisinin apardığı əməliyyatlar nəticəsində Kənan İmirzalıoğlu, Nehir Ərdoğan, İlker Aksum, Gökçe Özyol, Şahin İrmak, Mehmet Erdem, Engin Altan Düzyatan, Engin Günaydın, Burçin Terzioğlu kimi məşhurlar daxil olmaqla 48 nəfər saxlanılıb. İstanbul Baş Prokurorluğuna ifadə verən məşhurların bəziləri narkotik istifadə etdiklərini etiraf etsələr də, bəziləri bu ittihamı rədd ediblər.

AzNews.az