18 azərbaycanlı əmək mühaciri saxlanıldı - FOTO

Rusiyanın Tver vilayətində qeyri-leqal miqrantlara qarşı əməliyyat keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Federal Miqrasiya Xidməti və Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyatlar nəticəsində 264 nəfər saxlanılıb. Onlardan 154 nəfəri Özbəkistan, 70 nəfəri Tacikistan, 18 nəfəri Azərbaycan, 8 nəfərİ Ermənistan 6 nəfəri Gürcüstan, 6 nəfəri Qırğızıstan vətəndaşıdır.

Saxlanılanlar yerli polis bölmələrinə aparılıb. Onların ölkədən deportasiya olunacağı bildirilib.

AzNews.az