- Köhnə - Region
- 13 Avqust 2013 12:32
- 2 238
Moskvada 44 yaşlı azərbaycanlı saxlanıldı
Araşdırma nəticəsində bəlli olub ki, azərbaycanlı anbarların olduğu məkanları icarəyə götürərək orada 10 Azərbaycan vətəndaşının məskunlaşmasını təşkil edib. O, həmin şəxslərin miqrasiya qanunvericiliyinə zidd olaraq Rusiya ərazisində olmalarını bilməsinə baxmayaraq, onları iş yeri ilə də təmin edib. Bu şəxslərin inzibati məsuliyyətə cəlb olunmaları üçün onlar barədə materiallar Rusiya Miqrasiya Xidmətinə təqdim olunub. Saxlanılan 44 yaşlı azərbaycanlı haqqında "qanunsuz miqrasiyanın təşkili" maddəsi ilə cinayət işi açılıb.
AzNews.az