Putin gey və lezbianlarla görüşməyə hazırdır

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiyada seksual azlıqların hüquqlarının pozulduğu barədə ittihamları təkzib edib və müvafiq müraciət edildiyi halda LGBT hərəkatının üzvləri ilə görüşməyə hazır olduğunu bəyan edib.

Bu barədə dövlət başçısı "Associated Press" xəbər agentliyinə və "1-ci kanal"-a müsahibəsində bildirib.

"Əgər onlardan kimsə mənimlə görüşmək istəyirsə, buyursun, ancaq hələ ki belə bir təşəbbüs irəli sürülməyib. Mən, bir qayda olaraq, görüşmək istəyən və vacib hesab etdiyi hansısa problemi müzakirə etmək istəyən hər kəslə görüşürəm. Hələ ki, belə bir təklif irəli sürülməyib. Əmin ola bilərsiniz ki, mən belə insanlarla işləyirəm, bəzən onları bu və ya digər sahədə əldə etdikləri nailiyyətlərə görə dövlət medalları və ordenlərlə mükafatlandırıram", - deyə Putin qeyd edib. (Gun.az)

AzNews.az