Erməni zabitin atası özünü oğluna görə bıçaqlayıb

Azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi erməni zabit Qurgen Markaryanın atasının vəziyyəti ağırdır.
Bu barədə məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb. Artıq hadisə ilə bağlı araşdırmalar başlayıb. Markaryanın həyat yoldaşı isə ərinin intiharının oğlunun ölümü ilə əlaqəli olduğunu düşünür. Onun sözlərinə görə, əri son zamanlar çox əsəbi olub, vaxtının çox hissəsini oğlunun şəkillərinə baxaraq ağlayıb. O hadisə baş verən gün evdə tək qalıb və səhər qan içində tapılıb. Hadisə yerinə baxış zamanı biçaq tapılıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.

Elnur
AzNews.az