- Köhnə - Region
- 6 Sentyabr 2013 19:40
- 2 560
Vladimir Putin Suriya ilə əməkdaşlıqdan danışdı
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin G20 sammitinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib. V. Putin "Suriyaya hərbi zərbə endirilərsə, Rusiya bu ölkəyə yardım edəcəkmi", sualını belə cavablandırıb: "Bəli, kömək edəcəyik. Elə indi də kömək göstəririk. Suriyaya silah veririk, iqtisadi sahədə əməkdaşlıq edirik. Ümid edirəm ki, humanitar sahədə əməkdaşlıq daha sıx olacaq, o cümlədən hazırda çox ağır durumda qalmış mülki əhaliyə humanitar yardımlar göstəriləcək".
AzNews.az