Arvadının mini ətək geyinməsinə əsəbləşdi və…


Türkiyənin Bursa şəhərində ailə münaqişəsi faciə ilə nəticələnib. Xanımına qarşı zorakılıq etdiyinə görə saxlanılan 44 yaşlı Bəsri A. sərbəst buraxıldıqdan sonra evini yandırıb.

Problemin yaranma səsbəbi isə kişinin həyat yoldaşının mini ətək geyinməsi olub. Buna etiraz edən kişi evdə dava salıb və daha sonra polislərin şikayətinə əsasən polisə aparılıb.

Ancaq qısa müddət sonra sərbəst buraxılan 44 yaşlı ər qayıdaraq evini yandırıb.

Yanğın nəticəsində iki nəfər xəsarət alıb, daha 2 nəfər isə dumandan zəhərlənib.

Elnur
AzNews.az