Metro yaxınlığında partlayış- Moskvada

Moskvadakı "Çaritsino" ("Царицыно") metrosu yaxınlığında partlayış baş verib.

Yerli vaxtla saat 06.40-da (Bakı vaxtı ilə 07.40) partlayışdan sonra yanğın başlayıb. Hadisə nəticəsində metro yaxınlığındakı ticarət çadırının iki işçisi və bir müştəri xəsarət alıb.

Moskva polisi partlayışın mümkün səbəbi kimi qəsdən partlayış törədilməsi versiyasını araşdırır. (musavat.com)