Ermənilər Vanda xaç suyuna salındı -100 il sonra

Türkiyənin Van vilayətindəki "Akdamar" kilsəsində bu il dördüncü dini ayin mərasimi keçirilib. Anspress-in məlumatına görə, ayin Ermənistan partriarxlığının təşkilatçılığı ilə keçirilib. 100 il sonra kilsədə ilk dəfə xaç suyuna salınma mərasimi də baş tutub. Kilsədə biri uşaq olmaqla 6 nəfər xaç suyuna salınıb.

Mərasimdə ilk olaraq dualarla müqədəs edilən Van gölünün suyu qabda olan su qeyd edilən şəxslərin üzünə və başına tökülüb.

Vanda dünən ermənilərlə yanaşı onların qətlə yetirdiyi müsəlmanlarda anılıb. Belə ki, çüxtəlif dərnəklərin bir qrup üzvü akdamar adasında ermənilər tərəfindən qətlə yetirilən 50 müsəlman qadın,vanlılar üçün qiyabi cənazə namazı qılıb, gölə qərənfil atıblar.

ASİMDER, Holandiya-Azərbaycan Mədəniyyət dərnəyi, beynəlxalq diasporla mübarizə dərnəyi və Kipr müharibə veteranları dərnəyi Akdamar kilsəsindəki ayinə etiraz etmək üçün adaya getmək istəyiblər. Lakin polis onlara icazə verməyib.

ASİMDER rəhbəri Göksel Gülbey 1915-ci idlə ermənilərin bölgədə etdiyi qırğınları xatırladaraq, qondarma erməni soyqırımı iddialarının yalan olduğunu deyib.

Onun sözlərinə görə, ermənilər müsəlman qadınları əsir alaraq adaya aparıb, orada təcavüz edərək işgəncə etdiklərini, 50 qadının isə namuzslarını qorumaq üçün özlərini gölə atdıqlarını qeyd edib.
Gülbey adada müsəlman qadınlara abidə inşa edilməsi gərəkdiyini deyib. "Kilsə ermənilərər yox, xristian türklərə aid olub və tarix ərzində ermənilər tərəfindən istifadə edilib".

AzNews.az
image description