- Köhnə - Region
- 10 Sentyabr 2013 08:40
- 2 991
“Mən o “igid“lərdən deyiləm ki, arxadan daş atım“
Jurnalistin " Rusiya Hərbi sənaye kompleksinin hazırkı durumunu necə qiymətləndirirsiniz?" sualına, həmyerlimiz "Məşhur nağılda olduğu kimi- "pasiyent sağdı" deyə cavab verib.
"Amma Rusiya Hərbi Sənaye kompleksi hələ də pasiyentdir ki, hələ də müalicə tələb edir. Orqanizmin daha sağlam hissələri var və az sağlam hissələri var. Amma böhran hələ yan keçməyib".
İqor Aşurbəyli Rusiyanın yeni müdafiə naziri ilə bağlı sualına mən o "igid"lərdən deyiləm ki, indi sabiq müdafiə nazirinə arxadan daş atım, baxmayaraq ki, bizim onunla elə də yaxşı münasibətimiz olmayıb. Mən buna görə az problem yaşamamışam".
Qeyd edək ki, İqor Aşurbəyli 1968-ci ilin sentyabrın 9-da Bakıda doğulub. O, 1985-ci ilə Dövlət Neft Akademiyasını bitirib. İqor Aşurbəylinin direktoru olduğu "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 raketlərinin istehsalı ilə məşhurlaşıb.
AzNews.az