- Köhnə - Region
- 10 Sentyabr 2013 15:05
- 5 151
Bəşər Əsəd kimyəvi silahları təhvil verir – Müharibə önlənir
ABŞ prezidenti Barak Obama Putinin səsləndirdiyi bu təklifə dərhal reaksiya verdi, ardınca isə Suriya diktatoru da cavabı gecikdirmədi.
Türkiyə mətbuatının məlumatına görə, Suriya Xarici İşlər naziri Rusiyanın kimyəvi silahları beynəlxalq nəzarət altına salma təklifini qəbul etdiyini elan edib. Xatırladaq ki, günün əvvəlində səsləndirilən bu təklifə Suriyanın müsbət cavab verməsi ABŞ-da müharibə tərəfdarları sırasında adı hallandırılan Con Kerrini də arqumentsiz qoydu. Çünki Barak Obamanın ardınca açıqlama verən vitse-prezident Bəşər Əsədin təklifi qəbul edəcəyi təqdirdə hərbi müdaxilənin ertələnəcəyini bildirmişdi. Amma Con Kerri "Suriyanın bu təklifi qəbul edəcəyinə inanmıram", - demişdi.
Xəbər "Axar.az"dan gəlir