Müdafiə Nazirliyində korrupsiyaya görə həbs

Ermənistan Müdafiə Nazirliyinin Hərbçilərin Sosial Müdafiəsi İdarəsinin (SMİ) rəis müavini, polkovnik David Davtyan həbs olunub. Lent.az-ın "news.am"a istinadən verdiyi məlumata görə, D. Davtyan Ermənistan Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Nəzarət İdarəsinin birgə operativ-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, əsgər valideynindən 1000 dollar tələb edib və alıb. Polkovnik həmin şəxsin hərbi xidmət zamanı ölən övladına qanunla müəyyən olunmuş qaydada pul yardımının göstərilmə prosesini sürətləndirmək üçün bu addımı atıb.

Faktla əlaqədar cinayət işi qaldırılıb. İlkin istintaq SMİ-nin Təhqiqat İdarəsi tərəfindən aparılır.

AzNews.az