Ad gününə silahlı basqın; 1 ölü, 2 yaralı

Türkiyənin Dalyan kurortunda 56 yaşlı britaniyalı qadın güllələnib.

Qadının iki ailə üzvü də yaralanıb. Əcnəbinin ölümündə 46 yaşlı yerli sakin şübhəli bilinir.

Silahlı türk turistlərin icarəyə götürdüyü villaya onlar ad gününü qeyd etdikləri zaman basqın edib. Qadın yerindəcə keçinib, qohumları isə xəstəxanaya yerləşdirilib.

"Hurriyet Daily News" xəbər verir ki, bu, əcnəbilərə hücumla bağlı ilk hadisə deyil. Sentyabrın 9-da yerli sakinlərdən biri 2 yapon turistə hücum edib.

Elnur
AzNews.az