13 türkü qətlə yetirən neo-nasistlərdən “uçan bomba” çıxdı

"BBC News"un müxbiri Stiven Evansın məlumatına əsasən, Almaniyada son 18 ildə 13 türkü öldürən irqçi Neo-nasistlərin "uçan bomba"yla bağlı qırğın törətmə cəhdinin qarşısı son anda alınıb.

Almaniyanın Freyburq şəhərində Neo-nasistlərlə əlaqədə şübhəli bilinən adamın evində axtarış aparan polis evdə partlamağa hazır bombalarla bu bombaların içinə partladılmaq üçün yerləşdirilən maket təyyarələr ələ keçirib. Polis hadisəylə əlaqəsi olan 23 yaşlı neo-nasisti həbs etməsəymiş "uçan bomba" qısa müddətdə partladılacaqmış.

Neo-nasistlərin basqında ələ keçirilən bombaları maket təyyarələrə yerləşdirildikdən sonra düşmən olaraq qəbul etdikləri xarici vətəndaşlara qarşı sol qrupların və irqçilik əleyhdarlarının təşkil edəcəyi mitinqlərdə istifadə etməyi planlaşdırdığı məlum olub.

"Uçan bomba" havadan kütlənin arasına daxil olaraq kütləvi qırğınlar törədəcəkdi. Polis, hadisəylə əlaqədar daha iki neo-nasistin də axtarışda olduğunu bildirib. Neo-nasist qətllərində iştirak etməkdə ittiham oluna bir qadın da hal-hazırda məhkəməyə çıxarılıb.

Xəbər "Axar.az"dan gəlir