Telekanalda bomba həyəcanı

Bu gün səhər saat 11 radələrində Gürcüstanın "Rustavi 2" telekanalı boşaldılıb. Buna binada bomba olması ilə bağlı məlumat səbəb olub. Binanı yoxlayan polis əməkdaşları bomba xəbərinin yalan olduğunu bildiriblər.

Bina boşaldıldıqdan sonra teleşirkət fəaliyyətini yardımçı binada fövqəladə şəraitdə davam etdirib.

Yoxlamadan sonra əməkdaşlar öz iş yerlərinə qayıdıblar.

Elnur
AzNews.az