Xarici vətəndaşlara 72 saat vaxt verildi

Rusiyaya təyyarə ilə gələn xarici vətəndaşlar bu ölkədə 72 saat vizasız qala bilərlər.

Bu ilin sonunadək qəbul edilməsi planlaşdırılan yeni qanun layihəsinə görə tranzit keçid məqsədilə təyyarə ilə gələn xarici vətəndaşlar artıq viza almaq məcburiyətində qalmayacaqlar.

Rusiya Mədəniyyət Nazirinin Müavini Anna Manilovanın sözlərinə görə, yeni qanunun gəbul edilməsilə ölkəyə turist sayı ən az 30 faiz artacaq.

Manilova yeni qanundan miqrasiya baxımından təhlükə doğurmayan ölkələrin vətəndaşlarının yararlanacağını deyib. Bu ölkələrin başında isə Avropa, ABŞ, Kanada, İtaliya, Cənubi Koreya, Yaponiya, İran və Avstraliya gəlir.(anspress)

AzNews.az