Qarabağda erməni əsgər öldürüldü

Qarabağda bir erməni əsgər öldürülüb.

APA-nın məlumatına görə, hadisə sentyabrın 14-dən 15-nə keçən gecə, saat 03:10-da Qarabağ cəbhəsinin cənubunda baş verib.

Odlu silahdan atəşin açılması nəticəsində cəbhə xəttində xidmət edən 1994-cü il təvəllüdlü, Ermənistan Ordusunun əsgəri X. K. Xaçaturyan ölüb.

Məlumatı Qarabağdakı separatçı rejimin "Müdafiə Nazirliyi" yayıb.

AzNews.az