Güneyli fəal həbsxanadan prezidentə məktub yazıb


Barəsində 9 il həbs qərarı çıxarılan Yeni GAMOH lideri, çüneyli fəal Lətif Həsənli prezident Həsən Ruhaniyə məktub ünvanlayıb. Məktub sentyabrın 23-də İranda yeni tədris ilinin başlaması ilə əlaqədardır.

Yeni GAMOH lideri qeyri-farsların, o cümlədən Azərbaycan türklərini ana dilində təhsilinə şərait yaradılmamasına etiraz etdikləri üçün həbs olunduğunu prezidentin diqqətinə çatıdırıb.

Güneyli fəal azərbaycanlıların ana dilində təhsilinə qoyulan qadağaya etiraz olaraq həbsxanada 3 günlük sükut aksiyası keçirəcəyini vurğulayıb.


Elnarə
AzNews.az